Böyük Britaniyada Ebola virusuna yoluxduğu ehtimal edilən qadın xəstəxanaya yerləşdirilib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ötən gün Nortqempton şəhərində qeydə alınıb.
Məlumatı xəstəxanadan təsdiqləyiblər. Həkimlər bildiriblər ki, xəstə izolyasiya olunub və müalicəsinə başlanılıb.