Böyük Britaniya Rusiya ilə hərbi əməkdaşlığını dayandırıb. Lent.az-ın məlumatına görə, bu barədə britaniyalı xarici işlər naziri Uilyam Heyq açıqlama verib.
O bildirib ki, Rusiya, Böyük Britaniya və Fransa arasında müştərək hərbi dəniz təlimləri ləğv olunacaq. Habelə, Böyük Britaniya gəmilərinin Sankt-Peterburqa səfərindən imtina ediləcək. Heyq avropalı liderlərin qarşıdakı görüşündə Londonun Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiqində israrlı davranacağını vurğulayıb.
Qeyd edək ki, daha öncə ABŞ da Rusiya ilə hərbi əməkdaşlığını donduracağını vəd edib. Qərb ölkələrini bu addıma Krımın Rusiyaya birləşdirilməsi vadar edib.