Böyük Britaniya “İŞİD” mövqelərinə zərbə endirməyəcək
14 oktyabr 2014 00:02 (UTC +04:00)

Böyük Britaniya “İŞİD” mövqelərinə zərbə endirməyəcək

Böyük Britaniya yaxın gələcəkdə ABŞ və digər Fars körfəzi ölkələrinə qoşularaq “İŞİD” terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə hava zərbələri endirməyəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Filipp Hammond bəyan edib.

 

“Mən buna təcili zərurət olduğunu görmürəm. Bildiyimə görə, ABŞ hazırkı vəziyyəti qənaətbəxş hesab edir. Əlbəttə, hərbi əməliyyatların necə inkişaf edəcəyini heç kim bilmir, lakin məncə bizim İraqda, ABŞ-la Fars körfəzi ölkələri isə Suriyada diqqəti cəmləşdirməlidir”, deyə İraqda səfərdə olan Hammond bildirib.

 

Xatırladaq ki, sentyabrın 26-da Böyük Britaniyanın parlamenti “İŞİD”-in İraqdakı mövqelərinə hava zərbələrinin endirilməsinə razılıq vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874
avatar

Oxşar yazılar