Bomjların adına kredit götürən azərbaycanlıya 4 il həbs
23 aprel 2015 12:08 (UTC +04:00)

Bomjların adına kredit götürən azərbaycanlıya 4 il həbs

Kemerovodan olan 3 fırıldaqçı şəhərin Sentralniy rayon məhkəməsinin qərarı ilə azadlıqdan məhrum ediliblər.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 39 yaşlı Azərbaycan vətəndaşı və onun iki ortağı bomjların adına kredit götürməklə 3 banka ziyan vurublar. Ortaqlar külli miqdarda pulu qaytarmadıqda, məhkəmə bomjları məsuliyyətə cəlb edib. Bomjlar isə öz növbəsində pulları onların adına Elşən Mehdiyev, Natalya İbrahimova və Yulya Spyakovanın götürdüyünü bildiriblər. Hər üç fırıldaqçı 4 il müddətinə şərti olaraq azadlıqdan məhrum ediliblər. Ziyanın ümumi məbləği 3 milyon rubldan çoxdur.

Şəhla ŞAHİN

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar