Bolqarıstanın mərkəz hissəsində Stara-Zaqora şəhəri yaxınlığında sürət qatarı relsdən çıxıb.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, ilkin olaraq, maşinistin öldüyü, daha 15 nəfərin çeşidli dərəcədə yaralandığı bildirilib.
Qatar ölkə paytaxtı Sofiyadan dənizkənarı Burqas şəhərinə hərəkət edirmiş.
Hadisənin baş vermə səbəbi haqda məlumat yayılmayıb.