Bolqarıstanda 38 yaşlı Lidiya Petrova adlı qadın prezident iqamətgahının qarşısında özünü yandırıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qadın özünü yandıran zaman prezident iqamətgahında yeni hökumətin qurulması ilə bağlı danışıqlar aparılıb. Piroqov adına xəstəxanaya yerləşdirilən qadının bədəninin 90 faizi yanıb və onun həyatını xilas etmək mümkün olmayıb.