Dünən Türkiyənin Bodrum şəhərində dəniz sahilində delfin sürüsü peyda olub. Lent.az-ın milliyet-ə istinadən verdiyi məlumata görə, Kumbahçe sahillərində 10-a yaxın delfin yerli əhalinin və turistlərin təəccübünə səbəb olub. Sahilə 20 metrədək yaxınlaşan qara rəngli delfinlər yarım saat müddətində "şou" göstəriblər və daha sonra gözdən itiblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə balıqçı toruna delfin düşmüşdü. Bu balıqların sahilə bu qədər yaxınlaşmağının səbəbi məlum deyil.