BMT Yəmənlə bağlı qətnamə qəbul etdi
15 aprel 2015 06:25 (UTC +04:00)

BMT Yəmənlə bağlı qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Yəmən üsyançılarına (husilərə)  silahın tədarükünün qadağan olunmasını nəzərdə tutan qətnamə qəbul edib.  

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, sənəd BMT Təhlükəsizlik Şurasının 14 üzv ölkəsi tərəfindən dəstəklənib, Rusiya bitərəf olub.    

 

Sənəd husilərin silahlı birləşmələrinin paytaxt Sanadan çıxarılmasını, üsyançılara silah verilməsinə embarqonun tətbiq edilməsini və üsyançıların liderlərinə qarşı sanksiyaların qəbul olunmasını nəzərdə tutur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 109
avatar

Oxşar yazılar