Yəməndə prezident iqamətgahının üsyançılar tərəfindən ələ keçirilməsi BMT Təhlükəsizlik Şurasını narahat edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, təşkilat münaqişə tərəflərinin danışıqlar masasına qayıtmaları üçün yeni addımlar atmağa hazır olduğunu bildirib.
Həmçinin, BMT Təhlükəsizlik Şurası Yəmənin prezidenti və baş nazirinin tezliklə azadlığa buraxılmasına çağırıb.
Qeyd edək ki, Yəməndə üsyançılar atəşkəs barədə razılaşmaya məhəl qoymayaraq prezident iqamətgahını ələ keçiriblər.