İyulun 18-də Bakı vaxtı ilə saat 19-da BMT təhlükəsizlik Şurasının Ukrayna üzrə təcili toplantısı keçiriləcək.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda Britaniyanın BMT-dəki nümayəndəliyinin mətbuat xidməti bildirib.
“Toplantı saat 10-da (Bakı vaxtı ilə 19-da) olacaq. İclas açıq keçiriləcək” -deyə, nümayəndəlik qeyd edib.
Məlumata əsasən, BMT baş katibinin müavini Cferi Feltman məruz ilə çıxış edəcək.
Mənbə bildirib ki, iclasda Ukraynada baş verən son hadisələr müzakirə ediləcək.