BMT TŞ-da ABŞ-la RF təmsilçiləri qovğa edib
03 may 2014 07:08 (UTC +04:00)

BMT TŞ-da ABŞ-la RF təmsilçiləri qovğa edib

Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunan iclasında Rusiya və qərb dövlətləri  biri-birini “riyakarlıqda”, “ikili standartlar yürütməkdə” ittiham edib.


 

Lent-az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Qərbi Ukraynanın “daxili işlərinə qarışmaqda” günahlandıraraq, Slavyanskdakı antiterror əməliyyatı “cinayətkar” adlandırıb. Onun sözlərinə görə, Slavyanskda radiodanışıqlar zamanı “ingilis dilində söhbət edən insanların səsləri yazılıb”.

 

ABŞ-ın Təhlükəsizlik Şurasındakı təmsilçisi Samanta Pauer, öz növbəsində, Ukraynanın dinc əhaliyə qarşı irimiqyaslı əməliyyatların keçirilməsi barəsində Rusiyanın ittihamını “böhtan” adlandıraraq, iddiaları rədd edib. O, bildirib ki, Ukraynanın şərqində baş verənlər Rusiyanın bu ölkəyə birbaşa müdaxiləsi üçün bəhanə ola bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Oxşar yazılar