ABŞ BMT Təhlükəsizlik Şurasının Ebola virusu ilə əlaqədar fövqəladə iclasinı çağırır.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, iclasın sentyabrın 18-də keçiriləcəyi planlaşdırır.
Bu Təhlükəsizlik Şurasının səhiyyə sahəsi ilə bağlı tarixdə ikinci fövqəladə iclası olacaq.
İlk iclas 2000-ci ildə AİDS pandemiyası ilə bağlı keçirilmişdi.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusunun 2 400 nəfərin həyatına son qoyduğunu bildirmişdi.