BMT sülhməramlıları MAR-da 67 nəfəri girovluqdan azad etdi
30 oktyabr 2014 03:49 (UTC +04:00)

BMT sülhməramlıları MAR-da 67 nəfəri girovluqdan azad etdi

0

Mərkəzi Afrika Respublikasında BMT sülhməramlıları oktyabrda silahlılar tərəfindən girov götürülən 67 nəfəri azad ediblər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə beynəlxalq missiyasının  (MİNUSKA) nümayəndəsi Miriam Dissable bəyan edib.

 

Onun sözlərinə görə, girovların hamısı BMT sülhməramlılarının keçirdiyi xüsusi əməliyyat nəticəsində azad edilib.

 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası apreldə MAR-da  12 min sülhməramlının yerləşdirilməsi barədə qərar qəbul edib. BMT-nin məlumatına əsasən, Mərkəzi Afrika Respublikasında baş verən münaqişə nəticəsində 1 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, mindən çoxu həlak olub. Qeyd edək ki, 2012-ci ilin noyabr ayından bəri Mərkəzi Afrika Respublikası vətəndaş müharibəsi şəraitində yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 688

Oxşar yazılar