BMT Pakistandakı daş-qalaq olayını mühakimə edib
29 may 2014 02:54 (UTC +04:00)

BMT Pakistandakı daş-qalaq olayını mühakimə edib

BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilley Pakistanın Lahor şəhərində qadının qətlə yetirlməsini mühakimə edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, mayın 27-də o, ölkənin ali məhkəməsinin binası yaxınlığında qohumları və atası tərəfindən daş-qalaq edilib.

 

Qohumları onu icazəsiz ərə getməkdə suçlayıblar.

 

 

Polisin məlumatına əsasən, qadın yaranmış problemlə bağlı məhkəməyə şikayət

etmək istəyirmiş. Bu zaman atası və qardaşı onu daşlayıb. Qadın başından bir neçə daş yarası alıb.

 

Qadının atası həbs olunub, başqa şübhəlilər isə hadisə yerindən qaçıb.

 

Xatırladaq ki, polis və vəkil daş atanların 20 nəfərlik dəstə olduğunu deyib.


25 yaşılı qadın  öz xalası oğluna nişanlansa da, başqa adama ərə getməsi onun daş-qalaq edilməsinə səbəb olub.

 

Pakistanın insan haqlarını müdafiə qruplarının məlumatına görə, Pakistanda hər il  minə yaxın qadın daş-qalaq edilərək, öldürülür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar