BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Fatoumat Lejeune-Kaba qurumun Cenevrədəki ofisində keçirdiyi mətbuat konfransında bildirib ki, Anti-Balka Xristian yaraqlıları Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Bangui şəhərinin giriş-çıxışını nəzarət altına alıb.
Lent.az-ın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, sözçünün dediyinə əsasən, 19 min müsəlman sakinin həyatı təhlükə ilə üz-üzədir. Xristian yaraqlıları onlardan yaşadıqları ərazilərdən çıxmalarını tələb edib.
“İnsanların doğranaraq, qətlə yetirilməsini izləmək istəmirik”-deyə, o, vurğulayıb.
Kaba deyib ki, müsəlmanların öldürülməsinin qarşısını bölgədəki iki min fransız və 6 min Afrika Birliyi əsgərləri ala bilir: “Bununla belə bölgəyə əlavə əsgəri güc göndərilməsi vacibdir”.
Fatoumat Lejeune-Kaba bildirib ki, 19 min müsəlmanı qətldən xilas etmək üçün onları ölkə daxilində və xaricdə təhlükəsizlik yerlərə, Çad sərhədindəki Kabo və Moyen Sidoya köçürməyi planlaşdırırlar.