BMT İrana qarşı sanksiyaları ləğv edə bilər
02 iyul 2015 02:44 (UTC +04:00)

BMT İrana qarşı sanksiyaları ləğv edə bilər

İrana qarşı sanksiyalar probleminin həlli variantlarından biri  BMT Təhlükəsizlik Şurası tərəfindən müddəti hər 6-12 aydan bir uzadılacaq İrana qarşı sanksiyaların müvəqqəti ləğv edilməsi haqqında qətnamənin qəbul olunmasıdır.  APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə İrandakı diplomatik mənbə bildirib. “Bu hazırda danışıqlar masası üzərindəki variantlardan biridir”, deyə o bildirib.   

 

Mənbə sözlərinə görə, tərəflər müxtəlif variantlar təklif edib: “Rusiya öz təkliflərini, biz isə öz təkliflərimizi irəli sürmüşük, onların hamısı hazırda danışıqlar masası üzərindədir”.   

 

Bununla belə diplomat qeyd olunan məsələ ilə bağlı prinsipial yekun razılığın hələlik əldə olunmadığını vurğulayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar