APA-nın məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir.
“Son bir həftə ərzində hərbi əməliyyat zonasında 263 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb”, - deyə hesabatda bildirilir.
BMT-nin hesablamalarına görə, münaqişə başladığı dövrdən 978 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.