İŞİD terror təşkilatı Liviyada üç istiqamətdən hücuma keçib.
APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin Liviya üzrə xüsusi elçisi Martin Kobler bəyan edib.
Onun sözlərinə görə, silahlıların əsas qüvvələri Sirt şəhəri ətrafında cəmləşib: “Burada onlar insanlara işgəncə verir, başlarını kəsirlər. Həmçinin terrorçular Tripoli şəhəri və Ras-Lanuf neft terminalı istiqamətində əraziləri ələ keçirməkdə davam edirlər”.
M.Kobler vurğulayıb ki, Liviyanın cənubunda İŞİD-in qarşısı alınmasa, Niger və Çad ərazisində fəaliyyət göstərən “Boko Haram” və digər qruplaşmalarla birləşə bilər.