BMT: “Ebola” virusu beynəlxalq sülhə təhlükədir
19 sentyabr 2014 14:47 (UTC +04:00)

BMT: “Ebola” virusu beynəlxalq sülhə təhlükədir

“Ebola” virusunun Afrikada yayılma miqyası beynəlxalq sülhə təhlükədir.

 

APA – nın BMT xəbər mərkəzinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla BMT Təhlükəsizlik Şurasının üzvləri çıxış ediblər.

 

Onlar təhlükəli virusun yayıldığı ölkələrə yardım göstərməyə çağırıblar.

 

“BMT Təhlükəsizlik Şurası “Ebola” virusunun Liberiya, Qvineya, Syerra-Leone və Nigeriyada yayılmasından narahatlığını bildirir”, - deyə BMT TŞ-nin qəbul etdiyi qətnamədə vurğulanır.

 

BMT TŞ-nin üzvləri həmçinin sözügedən ölkələrin təcrid olunmasının mənfi nəticələrindən narahatlıqlarını ifadə ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

Oxşar yazılar