BMT 7 dövləti səsvermə hüququndan məhrum etdi
29 yanvar 2015 04:10 (UTC +04:00)

BMT 7 dövləti səsvermə hüququndan məhrum etdi

0

Yeddi ölkə üzvlük haqqının ödənilmədiyi səbəbindən  BMT Baş Assambleyasında  səsvermə hüququnu itirib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

 

“Hazırda yeddi ölkə Baş Assambleyanın 69-cu sessiyasında səs verə bilmir. Bunlar Qrenada, Qırğızıstan, Marşal adaları, Makedoniya, Tonqa, Vanuatu və Yəməndir”, deyə S. Düjarrik bildirib.

 

BMT rəsmisinin sözlərinə görə, bir neçə gün əvvəl bu siyahıdan borcunu ödəmiş Ruanda silinib. BMT katibliyi borclu ölkələri təşkilatda tam üzlüklərini bərpa etmək üçün tezliklə borclarını ödəməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar