BMT 16 milyard dollar istədi
09 dekabr 2014 01:56 (UTC +04:00)

BMT 16 milyard dollar istədi

0

BMT 2015-cü ildə humanitar proqramları gerçəkləşdirmək üçün donor dövlətlərdən 16,4 milyard dollar istəyib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qeyd olunan vəsait silahlı münaqişələr və təbii fəlakətlərdən əziyyət çəkənlərə yönəldiləcək.

 

Vəsaitin 40% Suriya üçün nəzərdə tutulub. BMT-nin hesablamalarına görə, bu ölkədə 18 milyondan çox insan münaqişə bölgəsində yaşayır. Daha çox yardıma ehtiyacı olanlar siyahısına  Mərkəzi Afrika Respublikası, İraq, Cənubi Sudan, Əfqanıstan, Konqo, Somali, Myanma, Ukrayna, Yəmən və Fələstin muxtariyyəti də daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar