BMT-də  ABŞ və Rusiyanın səfirləri arasında qovğa düşüb
20 mart 2014 07:36 (UTC +04:00)

BMT-də  ABŞ və Rusiyanın səfirləri arasında qovğa düşüb

0

Martın 19-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının sessiyası çox gərgin keçib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, toplantıda iştirak edən dövlətlərin təmsilçiləri Krımın Rusiyaya birləşdirilməsini mühakimə edib.

 

 Rusiyanın qurumdakı təmsilçisi Vitali Çurkin ABŞ-ın nümayəndəsi Samanta Pauerdən «Rusiya təhqir etməyi» dayandırmasını tələb edib.

 

Rusiyalı diplomat BMT TŞ-dakı çıxışında bildirib ki, Krımda «referendum qanunvericilik normalarına uyğun və krımlıların öz müqəddəratını təyinetmə hüquq əsasında» keçirilib.

 

Samanta Pauer cavabında Krımın işğalını oğurluqla müqayisə edərək,deyib: «Cənab Çurkin təsdiq edir ki, onun mühakiməsi Tolstoy və Çexovunkundan daha mükkəmllədir».

 

«Ölkəmizin ünvanına təhqiredici fikrilər qəti qəbuledilməzdir. Xanım Pauer onu da bilməlidir ki, biz  Təhlükəsizlik Şurasında başqa məsələlər üzrə də əməkdaşlıq etməliyik»-deyə, Çurkin bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2790

Oxşar yazılar