BMİ-nin Dünya Konqresi başa çatıb
21 aprel 2014 13:52 (UTC +04:00)

BMİ-nin Dünya Konqresi başa çatıb

BMİ-nin Dünya Konqresi və Baş Assambleyası başa çatıb. Bu barədə Lent.az-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Mətbuat İnstitutunun Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Konqresi və Baş Assambleyası başa çatıb. Konqresdə “Jurnalistika və Etika”, “Afrikada Tədqiqatçı Jurnalistlərin Hesabatları”, “Təhlükəli Ərazilərdə Jurnalistika Təhlükəsizliyi Qaydaları”, “Media Azadlığının 20 İlliyi”, “Cari Proseslərin Mətbuat Azadlığına Təsiri”, “Çinin İnkişaf edən Dünyada Rolu” və sairə mövzular ətrafında müzakirələr aparılıb.

Baş Assambleyanın iclasında BMİ-nin büdcəsi idarə heyəti üzvləri tərəfindən təsdiq edilib, müddəti bitməkdə olan idarə heyəti üzvlərinin və yeni heyət üzvlərinin namizədliyi nəzərdən keçirilib. Baş Assambleyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Rəhimoğlu tərəfindən namizədliyi irəli sürülən Əl-Cəzirə Telekanalının İnsan Hüquq və Azadlıqları Departamentinin rəhbəri Sami-Əlhajın namizədliyi müzakirəyə çıxarılıb və o, idarə heyətinə üzv seçilib.

Görüşün sonunda Əl-Cəzirə rəsmiləri U.Rəhimoğlunu Qatarın paytaxtı Doha şəhərində 26-27 May, 2014-cü il tarixində keçiriləcək “8-ci Əl-Cəzirə” Forumunda iştirak etməyə dəvət ediblər. U.Rəhimoğlunun səfəri zamanı Əl-Cəzirə Telekanalı ilə BAMF arasında Əməkdaşlıq Memerandumunun imzalanması və BAMF-ın Əl-Cəzirə telekanalının Azərbaycan üzrə informasiya sözçüsü təyin edilməsi planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443
avatar

Oxşar yazılar