Bloqçu tələbə xanıma 7 il iş kəsilib
04 mart 2014 01:26 (UTC +04:00)

Bloqçu tələbə xanıma 7 il iş kəsilib

0

Güney Azərbaycan Qəzvin şəhərindəki Beynəlxalq Universitetin tələbəsi, bloqçu Məryəm Şəfipura  7 il iş kəsilib.

 

Lent.az-ın məlumatına görə,o, 2009-cu ildəki prezident seçkisində, o vaxtkı prezident Mahmud Əhmədinijada müxalifət sayılan Mehdi Kərrubinin seçki qərargahınn üzvü olub.

 

Məryəm Şəfipur 2013-cü ilin avqustunda tutulub.

 

İran İnqilab məhkəməsinin Tehrandakı şöbəsi bu gənc xanımı İslam Respublikasına «qarşı təbliğat aparmaqda, «qanunsuz» saytlarla əməkdaşlıqda» «günahlandırıb».

 

 Ailə üzvləri Məryəm Şəfipurun həbsdə saxlandığı müddətdə fiziki və mənəvi işgəncələrə məruz qaldığını bildirib. Onların sözlərinə əsasən, müstəntiqlər Məryəmdən yalançı etiraflar almaq üçün ona  təzyiq göstərsələr də, gənc bloqçu bütün ittihamları inkar edib.

 

 Yeri gəlmişkən İranın irşad və mədəniyyət naziri Əli Cənnəti martın 2-də Tehran Ticarət Evinin nümayəndələri ilə görüşündə “Facebook” sosial şəbəkəsinə qoyulan süzgəcdən danışıb.

 

“Media forum” saytının məlumatına görə, Əli Cənnəti deyib ki, hazırda paytaxt Tehranda əhalinin 71 faizi peyk antenaları vasitəsilə yayılan xarici telekanallara baxır: “Biz keçmişə boylananda şahidi oluruq ki, islam inqilabının ilk illərində görülən bəzi işlər bu gün çox gülünc görünür. Misal üçün, vaxtilə faks və videoya qoyulan qadağalar bu qəbildəndir. Mən və ölkə elitasından olan ziyalılar hesab edirik ki, insanları müəyyən bir çərçivədə məhdudlaşdıra bilmərik. Biz islam dəyərlərini qorumaq bəhanəsi ilə ölkədə hər şeyin inkişafına mane ola, dünya ilə əlaqələrimizi kəsə bilmərik. Elə buna görə də güman edirəm ki, ölkədə “Facebook” sosial şəbəkəsinə qoyulan süzgəc və məhdudiyyətlər tezliklə ləğv olunmalıdır.

 

Hazırda dünyada 700 milyon nəfərdən çox insan “Facebook” sosial şəbəkəsinin üzvüdür. Onlardan 4 milyonunu iranlılar təşkil edir. Bu qədər insan bu şəbəkədən istifadə etdiyi halda biz onun fəaliyyətini məhdudlaşdırmışıq”.

 

Əli Cənnəti “Facebook”a qoyulan süzgəcin ləğvi üçün ölkənin digər qurumları ilə danışıqlar apardığını da bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 924

Oxşar yazılar