Birləşmiş Ərəb Əmirliklərində Xocalı faciəsi anılıb
25 fevral 2016 13:51 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərində Xocalı faciəsi anılıb

0
Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu tərəfindən Xocalı faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib.
 
Lent.az-ın məlumatına görə, tədbirin əvvəlində qətlə yetirilmiş faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Daşqın Şikarov çıxış edərək Xocalı hadisələrinin ermənilər tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticəsi olduğunu bildirmiş, bu xüsusda İslam Əməkdaşlıq Təşkilatının 2015-ci iltə Küveytdə keçirilmiş toplantısı zamanı qəbul olunmuş qərarı xatırladıb.
 
Səfir həmçinin bildirib ki, Xocalı qətliamı 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri və ona tabe olan digər qanunsuz silahlı birləşmələr tərəfindən həyata keçirilib. Belə ki, sözügedən silahlı birləşmələr əhalisi azərbaycanlılardan təşkil olunan və sayı təxminən yeddi minə çatan Xocalı şəhərinə basqın edərək 613 mülki şəxsi qətlə yetirib. Eyni zamanda, 487 mülki şəxs müxtəlif səviyyədə yaralanıb, 150 şəxs isə itkin düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar