340 gün sonra Kosmosdan geri döndülər
02 mart 2016 16:15 (UTC +04:00)

340 gün sonra Kosmosdan geri döndülər

Amerikalı və rusiyalı kosmonavt Beynəlxalq Kosmos Stansiyasında normal vaxtdan iki dəfə çox - 340 gün xidmət göstəriblər.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə,  Beynəlxalq Kosmos Stansiyasında təxminən bir il  xidmət göstərən rus kosmonavtı Mixail Korniyenko və ABŞ astronomu Skot  Kelli, həmçinin, normal müddətini tamamlayan Serqey Volkov dünyaya geri dönüb.

Volkov, Korniyenko və Kellinin səhhətinin normal olduğu açıqlanıb.

Korniyenko və Kelli kosmosa ötən il  martın 27-də göndərilib. Skot Kelli 520 günlə kosmosda ən çox xidmət göstərən kosmonavt olub. İkinci dəfədir kosmosa göndərilən Korniyenko isə ümumilikdə 516 gün orada qalıb.

Onlar kosmosda olarkən insan bədənin radiasiya, stress, uzunmüddətli qravitasiya mühitinə necə reaksiya verəcəyi incələnib. Bu məlumatların gələcəkdə planlaşdırılan Marsa insan səyahətində lazımlı olacağı bildirilir.

Bundan başqa, rusiyalı kosmonavt Yuriy Malençenko və amerikalı astronom Timoti Kopra Beynəlxalq Kosmos stansiyasında xidmətlərini davam etdirir.

Dünyaya qayıdan heyətin yerinə 19 martda yeni üç nəfərin göndəriləcəyi planlaşdırılır. Rus kosmonavtlar Aleksey Ovçinin, Oleg Skripoçka və ABŞ astronomu Ceffrey Uilliam 173 gün kosmosda qalacaq.  

Qeyd edək ki, bundan əvvəl 1994-cü ildə kosmosa göndərilmiş rus kosmonavtı Valeriy Polyakov sadəcə Rusiyaya məxsus olan Mir kosmos stansiyasında tək başına 437 gün xidmət göstərərək rekord qırıb. 437 gün ərzində o dünya ətrafında 7 min dəfə dövrə vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar