Bir həftəyə Rusiyanın beynəlxalq ehtiyatı 11 milyard azalıb
09 may 2014 05:26 (UTC +04:00)

Bir həftəyə Rusiyanın beynəlxalq ehtiyatı 11 milyard azalıb

2014-cü il aprelin 25-dən mayın 2-dək olan müddət ərzində Rusiyanın beynəlxalq valyuta ehtiyatının həcmi 11,1 milyard dollar azalaraq, 482,7 milyard dollardan, 471,6 milyard dollara enib.

 

Lent.az-ın “Rosbalt”-a istinadən məlumatına görə, bu  ehtiyat 2013-cü il yanvarın 1-də 537,618 miyard dollar, 2014-cü il yanvarın birində 509,595 milyard dollar olub.

 

Mənbə xatırladıb ki, ən yüksək rekord həddi 2008-ci il avqustun 8-də olub – 598,1 milyard dollar.

 

Tarixi miniumum həddi isə 1999-cu il aprelin 2-də qeydə alınıb. Onda Rusiyanın qızıl ehtiyatı 10,7 milyard dollaradək azalıb.

 

Hazırda dünyada ən çox beynəlxalq ehtiyatı olan ölkə Çindir. Rusiya isə bu göstərici üzrə Yaponiya və İsveçrədən sonra dördüncüdür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889
avatar

Oxşar yazılar