Somalinin paytaxtı Moqadişoda silahlıların hücumu nəticəsində BMT-nin qadın əməkdaşı öldürülüb.
APA-nın məlumatına görə, bu barədə BMT baş katibinin nümayəndəsi Farhan Haq bildirib.
Onun sözlərinə görə, BMT əməkdaşının avtomobili naməlum silahlılar tərəfindən gülləboran edilib. Cinayətkarlar hadisə yerindən qaçıblar.
Bundan əvvəl isə Somalidə dəniz kənarında BMT strukturunda işləyən mühafizəçinin meyiti tapılıb. Hadisələrin bir-biri ilə bağlılığı yoxlanılır.