“Əl-Kaida” terror təşkilatının keçmiş lideri Usama bin Laden öz vəsiyyətnaməsində qoyduğu mirasın böyük hissəsini “cihad məqsədlərinə” sərf etməsini vəsiyyət edib.
Lent.az-ın oxu.az-a istinadən məlumatına görə, sənəd 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının Pakistanda “dünyanın bir nömrəli terrorçusu”na qarşı keçirdiyi əməliyyat zamanı tapılıb.
Amerikalılar hesab edirlər ki, vəsiyyətnamə 1990-cı illərin sonunda yazılıb.
Vəsiyyətnamədən əlavə ABŞ kəşfiyyatının əlinə daha 112 sənəd keçib. Onların əksəriyyəti hələ də məxfi saxlanılır.
Qeyd edək ki, Bin Ladenin mirası 29 milyon dollar məbləğində dəyərləndirilir