Bin Ladendən müsahibə alan məşhur aparıcını güllələdilər
20 aprel 2014 10:52 (UTC +04:00)

Bin Ladendən müsahibə alan məşhur aparıcını güllələdilər

Pakistanın məşhur televiziya aparıcı güllələnib. Lent.az-ın məlumatına görə, Karaçi şəhərində ölkənin ən məşhur jurnalistlərindən və teleaparıcılarından biri olan Həmid Mirə hücum ediblər. 

Polisin məlumatına görə, avtomobilin içində əyləşən Həmid Mirə hava limanı yaxınlığından atəş açılıb. Güllələrdən 3-ü hədəfə dəyib. Həkimlərin sözlərinə görə, yaralar öldürücü deyil. 

Pakistan jurnalistlər üçün dünyanın ən təhlükəli ölkələrindən biridir. Jurnalist Həmid Mir 11 sentyabr hadisələrindən sonra Usama Bin Ladendən müsahibə alan ilk jurnalistdir. Bu müsahibədən sonra jurnalist dəfələrlə hücuma məruz qalıb. 

Pakistanın aparıcı siyasətçiləri, o cümlədən baş nazir Nəvaz Şərif jurnalistə edilən hücumu kəskin pisləyiblər. 

Keçən ay Şərif KİV işçilərini qorumaq üçün əlindən gələni edəcəyinə söz vermişdi.

# 1542
avatar

Oxşar yazılar