Tunisin devrilmiş prezidenti Zeynəlabidin bin-Əli ailəsinin İsveçrə banklarındakı 40 milyon dolları Tunis hakimiyyətinə təhvil verilib.
Lent.az-ın “Frans press”-ə istinadən məlumatına görə, bir müddət öncə Tunisin keçmiş liderinin fəaliyyətinin araşdırılması çərçivəsində İsveçrə bankları onun bank hesablarını dondurmuşdu.
İsveçrənin baş prokuroru Maykl Lauber bildirib ki, Tunisin yeni hakimiyyətinin əməkdaşlığı nəticəsində vəsaitin verilməsi mümkün olub.
Mənbə xatırladıb ki, bin-Əli ailəsi qərardan İsveçrənin Ali məhkəməsinə hələ şikayət edə bilər.