Hüsamə bin-Ladenin yerinin müəyyənləşdirilməsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yardım etmiş pakistanlı həkim Şakil Afridinin vəkillərindən biri istefa verib.
Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, vəkil deyib ki, ailəsinin hədələnməsi dözülməz həddə çatıb.
Vəkil onu da bildirib ki, həkimin sərbəst buraxılması üçün ABŞ Pakistana güclü təzyiq göstərir.
MKİ ilə əməkdaşlıqda ittiham olunan Afridinin cinayət işinə yenidən baxılır. 2012-ci ilin mayında həkim 33 il müddətinə azadlıqdan məhrum edilib. O, vaxtdan Ş. Afridi Peşavərdəki mərkəzi həbsxanada saxlanılır.
Pakistan prokurorları hesab edir ki, peyvəndləmə adı altında həkim şəhər sakinlərinin DNT məlumatını əldə edib və həmin göstəriciləri ABŞ kəşfiyyatına götürüb.
Ehtimal olunur ki, bu məlumat bin-Ladənin tanınmasında MKİ-yə yardım edib.