Bin-Ladənin kürəkəninin məhkəməsi başlayıb
04 mart 2014 07:10 (UTC +04:00)

Bin-Ladənin kürəkəninin məhkəməsi başlayıb

0

Martın 3-də Nyu-Yorkda «dünyanın bir nömrəli terrorçusu» kimi tanınmış «əl-Qaidə» terror şəbəkəsinin keçmiş lideri Üsamə- bin Ladəninin kürəkəni Süleyman Əbu Geytin məhkəməsi başlayıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, bir müddət «əl-Qaidə»-nin mətbuat katibi olub. Prokuroru ona qarşı ABŞ vətəndaşlarının öldürülməsi məqsədi ilə terrorçulara maddi yardımda ittiham edir. Bununla belə prokuror onu 2001-ci il sentyabrın 11– dəki məlum terror hadisəsi ilə bağlı ittiham etməyib.

 

Məhkəmənin bir ay sürəcəyi gözlənilir. Suçunu etiraf edəcəyi halda Əbu Geytə  ömürlük iş kəsiləcək. Ancaq o, bütün ittihamları inkar edir.

 

Xatırladaq ki, 48 yaşlı Əbu Geyt bin-Ladənin böyük qızı Fatimənin həyat yoldaşıdır.

 

O, ötən ilin fevralında Ankarada tutulub. ABŞ onun təhvil verilməsini istəsə də Türkiyə hökuməti Əbu Geyti vətəndaş olduğu Küveytə təhvil verib. Bu günlərdə isə ABŞ kəşfiyyatı onu İordaniya ərazisində tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 719

Oxşar yazılar