Bill Qeyts nəcisdən hazırlanan su içdi
07 yanvar 2015 22:50 (UTC +04:00)

Bill Qeyts nəcisdən hazırlanan su içdi

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə,  o, alınan məhsulun ilk sınaqlarını öz üzərində aparıb. Milyarder paylaşdığı videoda suyu hazırlayan avadanlığın iş prinsipini göstərib.

 

“Omniprocessor” adlanan bu layihəni “Janicki Bioenergy” şirkəti ilə birgə Bill Qeyts özü maliyyələşdirir.  Sözügedən layihə istənilən nəticəni versə, o, təmiz sudan istifadə edə bilməyən 770 milyon insanın xilası olacaq.

 

Qeytsin texnologiyası sayəsində 100 min insanın nəcisindən 86 min litr təmiz su və 250 kilovat elektrik enerjisi istehsal etmək mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar