Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili həftədə bir dəfə özünün telelayihəsində çıxış edəcəyini bildirib.
Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, layihə barədə məlumat verən keçmiş baş nazir deyib: “Telelayihə - 2030” efirə ehtimal ki, bazar ertəsindən etibarən hər gün, cümə gününədək, GDC kanalında çıxacaq. Üç analitik olacaq. Onlar “2030” qrupunun üzvləridir. Onlar və digərləri ilə birgə mən həftədə bir dəfə təhlil aparacağam və aparıcılıq edəcəyəm”.
İvanişvili 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrınadək Gürcüstan hökumətinin başçısı olub.