Livanın paytaxtı Beyrutda yeganə sinaqoq, yəhudilərini məbədi fəaliyyətini bərpa edəcək.
Lent.az-ın “nysuru”-ya istinadən məlumatına görə, sinaqoq yarıdağılmış vəziyyətdə olub. Onu ianələr hesabına bərpa ediblər.
Mənbə xatırladıb ki, “Maqen Avraam” adlı sinaqoq Beyrutunu yəhudilər yaşayan, Vadi əbu - Cəmil məhəlləsində yerləşir. Bu tikili Livanda gedən döyüş zamanı dağılmışdı.
Livandakı 20 minə yaxın yəhudinin çoxu ölkəni tərk etdiyindən uzun illər o, bərpa edilməyib. Hazırda ölkədə bir neçə yüz yəhudi qalıb.