Beyrutda partlayış: 43 ölü, 240 yaralı - <span style="color:red;">YENİLƏNİB
13 noyabr 2015 08:17 (UTC +04:00)

Beyrutda partlayış: 43 ölü, 240 yaralı - YENİLƏNİB

0

Livanın paytaxtı Beyrutda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Livanın səhiyyə naziri Vael Əbu Faur deyib.  

 

Nazirin sözlərinə görə, terrorçular tərəfindən törədilən iki partlayış nəticəsində 240 nəfər yaralanıb.  

 

 

***** 23.15

 

 Livanın paytaxtı Beyrutda törədilmiş iki partlayış nəticəsində 37 nəfər ölüb, azı 180 nəfər yaralanıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi qurumların məlumatında bildirilir.  

 

Livanın baş naziri Təmmam Salam faciə ilə əlaqədar noyabrın 13-nə ölkədə matəm elan edilib.  Məlumata görə, sabah ölkə ərazisində bütün dövlət qurumları və təhsil ocaqları bağlı olacaq.     

 

Qeyd edək ki, partlayışlar Beyrutun cənub ətrafında yerləşən “Burc əl Baracn” düşərgəsində törədilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar