Bu gün Beslan faciəsindən 10 il ötür. Lent.az-ın məlumatına görə, 2004-cü il, sentyabrın 1-də Şimali Osetiyanın Beslan şəhərindəki məktəbdə çeçen və inquş silahlıları 1100 nəfər məktəblini, valideyn və müəllimləri girov götürmüşdü. Məktəbin ətrafı minalanmışdı. Silahlıların əsas tələbi Rusiya qoşunlarının Çeçenistandan çıxarılması idi. 52 saat davam edən mühasirə xüsusi-təyinatlı dəstələrin məktəb binasına həmləsi ilə yarıldı. Atışma zamanı 334 nəfər həlak oldu ki, onlardan da 186 nəfəri uşaq idi.
Hadisədən sonra məktəbə hücumun təşkilatçılığını öz üzərinə götürən Şamil Basayevin başına 10 milyon dollar mükafat qoyuldu. Məktəbin mühasirəsini dünyaya canlı yayımlayan ruslar dünya ictimaiyyətinin gözündə Basayevin terrorçu obrazını daha dəqiq yarada bildilər. Artıq dünya Basayevə lənətlər yağdırırdı. Axı o, günahsız uşaqların üzərinə hücuma keçmişdi...
Amma...