Bəşər Əsəddən ölkədəki bütün qüvvələrə çağırış
15 sentyabr 2015 22:55 (UTC +04:00)

Bəşər Əsəddən ölkədəki bütün qüvvələrə çağırış

0

Suriya prezidenti Bəşər Əsəd  Suriyadakı bütün qüvvələri terrorla mübarizə üçün birləşməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu o Dəməşqdə Rusiya jurnalistlərinə verdiyi müsahibədə bildirib.

 

“Mən ölkədəki bütün qüvvələrə müraciət edərək, terrorla mübarizə üçün birləşməyə çağırıram. Çünki bu dialoq və siyasi proses vasitəsilə suriyalıların qarşılarına qoyduqları  siyasi məqsədlərə nail olmaq üçün mühüm yoldur”, deyə o bildirib.  

 

“Əgər biz bu gün hər-hansı suriyalıdan nə istədiyini soruşsaq, o, birinci növbədə, hamı və hər bir kəs üçün təhlükəsizlik və sabitlik arzuladığını bildirəcək. Beləliklə, biz, istər hökumət daxilindəki siyasi qüvvələr, istərsə də hakimiyyətdən kənardakı qüvvələr, Suriya xalqının tələbləri ətrafında birləşməliyik”, deyə Bəşər Əsəd əlavə edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar