Bəşər Əsəd terrorla mübarizədə koalisiyanı dəstəklədi
24 sentyabr 2014 03:45 (UTC +04:00)

Bəşər Əsəd terrorla mübarizədə koalisiyanı dəstəklədi

0

Dəməşq qətiyyətlə terrorla mübarizə aparır  və terrora qarşı yönəlmiş beynəlxalq səyləri dəstəkləyir.  Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd İraqın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Faleh Fayadla görüşü zamanı bildirib.

 

Görüş zamanı Əsəd qeyd edib ki, terrorla mübarizədə uğur yalnız önəmli olan hərbi əməliyyatlarla əldə olunmur, bunun üçün, ölkələr, həmçinin, beynəlxalq qətnamələrlə bağlı üzərilərinə götürdükləri öhdəliklərlə əməl etməli və terror təşkilatlarına istənilən dəstəyə son qoymalıdırlar.    

 

Görüşün yekununda tərəflər terrorla mübarizədə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd ediblər.  

 

KİV-lərin Suriya XİN-ə istinadən verdiyi məlumatına görə, Vaşinqton əməliyyatlar barədə rəsmi Dəməşqi əvvəlcədən məlumatlandırıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 893

Oxşar yazılar