İyunun 3-də Suriyada prezident seçkisinin keçirilməsi planlaşdırılıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Suriyadakı rejimin hazırkı başçısı Bəşar Əsəd yenidən prezidentliyə namizədliyini irəli sürəcək.
O, 6-cı dəfə prezident olmaq istəyir.
ABŞ Suriyada keçirilməsi nəzərdə tutulan bu seçkini “demokratiyanın parodiyası” adlandırıb.
BMT-nin baş katibi Pan Ge Mun isə bildirib ki, prezident seçkisi vətəndaş savaşına son verilməsi ilə bağlı əldə edilən razılaşmanı poza bilər.
Xatırladaq ki, 3 ilə yaxındır Suriyada vətəndaş savaşı gedir. Qarşı tərəf rejim başçısı Bəşar Əsədin istefasını tələb edir.
Münaqişə başlayandan bəri, çeşidli mənbələrin məlumatına əsasən, 100 mindən 150 minədək suriyalı həlak olub.