Beş nəfərlik ailə və pilot təyyarə qəzasında öldü
16 noyabr 2014 07:25 (UTC +04:00)

Beş nəfərlik ailə və pilot təyyarə qəzasında öldü

Meksikanın Tamaulipas ştatında iki mühərrikli kiçik təyyarə qəzaya uğrayıb, nəticədə 6 nəfər ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, “Piper” tipli təyyarə San Luis Potosi şəhərindən Torreona uçarkən hələlik məlum olmayan səbəbdən yerə çırpılıb. Ölənlərdən 5 nəfərin bir ailə üzvü, bir nəfərin isə pilot olduğu bildirilir.

 

Məlumata görə, qəza ucqar ərazidə baş verdiyindən xilasedicilər hadisə yerinə gec gəlib. Meyitlərin yanaraq tanınmaz hala düşdüyü bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1576
avatar

Oxşar yazılar