İtaliyanın hüquq-mühafizə orqanı İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sabiq katibəsi 30 yaşlı Federika Caliardi Romada hava limanında 24 kq kokainlə tutulub.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, o, Venesuela paytaxtı Karakasdan uçub.
Polisin məlumatına əsasən, aşkar edilən kokain 13 milyon dollar dəyərində olub.
Caliardiyə qarşı ittihamın elan olunması ilə bağlı açıqlama verilməyib.