İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin cəzası bitib. Lent.az-ın “ vesti.ru”-ya istinadən verdiyi məlumata görə , İtaliyanın sabiq baş naziri Berluskoninin cəzası bitib.
Qeyd edək ki, məhkəmənin qərarına əsasən, sabiq baş nazir 4 il həbsə məhkum olunmuş, daha sonra yaşının çox olması əsas gətirilərək cəzası 1 il ictimai-faydalı işlərlə məşğul olma ilə əvəzlənmişdi.
Berluskoni 10 ay ərzində yaşlı alzeymer xəstəliyindən əziyyət çəkənlərə kömək edib. Cəzasının müddətinin bitməsinə baxmayaraq, keçmiş baş nazir seçkilərdə yenidən namizədliyini irəli sürə bilməz.
Xatırladaq ki, qalmaqallı baş nazir vergidən yayınma və “kölgə fond” yaratmaqda təqsirli bilinərək cəzalandırılmışdı.