Berluskoni 3-cü dəvə evlənir
05 mart 2014 18:59 (UTC +04:00)

Berluskoni 3-cü dəvə evlənir

0

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni və onun çoxdankı dostu Françeska Paskali öz münasibətlərini rəsmiləşdirməyə hazırlaşırlar. Lent.az-ın “TMNews”a istinadən məlumatına görə, nikah mərasimi iyunda Kampaniya regionundakı İskya adasında Lakko Ameno adlı məkanda olacaq.

 

Onların nikah bağlarını ailənin dostu və sabiq baş nazirin “İrəli, İtaliya” partiyasındakı silahdaşı, senator Domeniko De Siano birləşdirəcək. Artıq cütlük bu xəbəri təsdiqləyib.

 

Qeyd edək ki, bu, Silvio Berluskoni üçün 3-cü nikah olacaq. İlk dəfə o, 1965-ci ildə Karla Elvira Dell Olyo ilə ailə qurub və 2 övladları dünyaya gəlib. 1980-ci ildə Berluskoni aktrisa Veronika Lario ilə tanış olub və 10 il sonra nikah bağlanılıb. Onlar bu ilin fevralında rəsmən boşanıblar. 2-ci nikahdan isə 3 övlad doğulub. Berluskoni ilə Paskali 2004-cü ildə nahar vaxtı tanış olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1049

Oxşar yazılar