Berdımuhammedov Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
04 fevral 2016 10:08 (UTC +04:00)

Berdımuhammedov Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

0

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov Azərbaycanın bu ölkəyə təyin olunmuş yeni səfiri Həsən Zeynalovun etimadnaməsini qəbul edib.

 

APA-nın Türkmənistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Türkmənistan dövlət başçısı H. Zeynalova gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Görüş zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda inkişafına diqqət çəkilib.

 

Bununla yanaşı, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda dövlətlərarası münasibətlərin iki qardaş xalqın maraqları çərçivəsində inkişaf edərək daha da genişlənəcəyinə əminlik ifadə edilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar