Liviyada ölkənin sayca ikinci ən iri şəhəri Benqazinin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 8-ə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 5 nəfərin həlak olduğu, 8 nəfərin yaralandığı barədə məlumat verilmişdi.
Benqazinin şərqindəki yaşayış massivi mayın 29-da raket atəşinə tutulub. Liviyanın hərbi komandanlığı hadisəyə görə radikal islamçıları günahlandırıb.