Belarusun hava şirkəti yayda Krıma uçuşu ləğv edib
03 aprel 2014 06:27 (UTC +04:00)

Belarusun hava şirkəti yayda Krıma uçuşu ləğv edib

Belarusun “Belavia” hava şirkəti yay mövsümündə Krım yarımadasına reysləri ləğv edib.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda şirkət baş direktorunun müavini İqor Çerginets açıqlama verib.

 

Mənbə xatırladıb ki, öncə yay mövsümündə bu bölgəyə həftədə üç reys planlaşdırılıbmış.

 

“Belə bir qərarın qəbul edilməsinə səbəb həmin istiqamətdə yükün az olmasıdır”-deyə, Çerginets bildirib. Məlumata əsasən, bütün mövsüm üçün Simferopola yüzə yaxın bilet alınıb.

 

Müavin qeyd edib ki, reyslərin ləğv edilməsinin siyasətlə əlaqəsi yoxdur: “Bu biznesin qanunudur. Təyyarələr, özəlliklə yayda pul qazanmalıdır. Hava daşımamalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar