Belarusda 23 yaşlı tələbəyə çıxarılan ölüm hökmü icra olunub
19 aprel 2014 03:32 (UTC +04:00)

Belarusda 23 yaşlı tələbəyə çıxarılan ölüm hökmü icra olunub

Belarusda ölüm hökmü icra olunub. Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, Pavel Selyun adlı 23 yaşlı tələbə iki nəfəri xüsusi qəddarlıqla öldürməkdə ittiham olunub.

 

“Aprelin 18-də  məlum olub ki, Belarus Dövlət Universiteti Tarix Fakültəsinin 23 yaşlı tələbəsi Pavel Selyun barəsində çıxarılan ölüm hökmü icra edilib. Ölüm hökmünün icra olunduğunu anası oğlunun vəkilindən eşidib. Vəkil müvəkkili ilə görüşə getmək istəyib, ancaq onu buraxmayıblar. Anası son məqamadək əfv komissiyasının qərarından və ölüm hökmünün icra ediləcəyindən xəbərsiz olub” -deyə, qeydiyyata alınmayan “Bahar” (“Vesna”) Belarus İnsan haqları mərkəzi bildirib.

 

Qrodnı vilayətinin məhkəməsi 2013-cü il iyunun 12-də 1990-cı ildə anadan olmuş Pavel Selyunu günahkar bilib. Məhkəmə onun barəsində ölüm hökmü çıxarıb. Ali məhkəmə isə kassasiya şikayətini təmin etməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1483
avatar

Oxşar yazılar