İŞİD terror qruplaşmasının 16 silahlısı hazırda Türkiyə də həbsdədir. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün parlamentdə çıxışı zamanı ölkənin ədliyyə naziri Bəkir Bozdaq bildirib.
“Noyabrın 19-dək olan məlumata əsasən, İŞİD qruplaşmasının fəaliyyətinə cəlb olunmuş fiziki şəxslərdən 16 nəfəri hazırda həbsxanadadır”, deyə Bozdaq bildirib.
O əlavə edib ki, həbs edilənlərin arasında martda Niqde əyalətində 3 polis əməkdaşının qətli daxil olmaqla, Türkiyədə törədilən iri terror aktlarının iştirakçıları da var. Onlar Ankarada yüksək təhlükəsizlik səviyyəsinə malik həbsxanaların birində saxlanılır. İstintaq davam etdirilir.